Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İlber Ortaylı Heydər Əliyev Mərkəzində mühazirə oxuyacaq - Biletlər satışda

Növbəti dəfə Bakıya gələcək Türkiyənin nüfuzlu tarixçisi İlber Ortaylı Qafqaz tarixinin bir sıra qaranlıq məqamlarına işıq tutacaq.

Yenicag.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin himayəsi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə Azərbaycana dəvət olunan nüfuzlu türkiyəli tarixçi, professor İlbər Ortaylı Bakıda bir sıra görüşlər keçirəcək və mühazirələr söyləyəcək.

İlber Ortaylı ilk olaraq, aprelin 14-də Heydər Əliyev Mərkəzində “Qafqaz tarixi” mövzusunda mühazirə oxuyacaq.

Mühazirəyə qatılmaq istəyənlər biletləri iticket.az saytndan əldə edə bilərlər.

Aprelin 16-da isə “Bakı Book Center”də İlber Ortaylının İmza Günü təşkil olunacaq. İmza Günündə tanınmış tarıxçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın təşəbbüsü, TÜİB-in dəstəyi ilə Azərbaycan dilində nəşr olunan “Türklərin qızıl dövrü” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək.

www.yenicag.az

6449
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM