!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev başsağlığı verdi

!Reklam – Yazi

151105_res_01Azərbaycan Prezidenti İlham Əliyev qatar qəzasına görə italiyalı həmkarı Sercio Mattarellaya və baş naziri Matteo Renziyə bağsağlığı verib.

Azərbaycan Prezidentinin İtaliyanın dövlət başçısına göndərdiyi başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Prezident İlham Əliyevin baş naziri Matteo Renziyə ünvanladığı məktubda isə bildirilib:

“Hörmətli cənab baş nazir, İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

www.yenicag.az

819
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv