!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Әliyev ABŞ-a gedənə qədər Azərbaycan nə etməlidir? – Şərh

!Reklam – Yazi

скачанные файлыElxan Şahinoğlu: “Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə…”

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvət edib.

Qeyd edək ki, son zamanlar Bakı ilə Vaşinqton arasında münasibətlərdə soyuq küləklər əsir. ABŞ Konqresinin insan haqları sahəsində vəziyyətlə bağlı olaraq Azərbaycana sanksiyalar tətbiq etmək niyyəti Bakıda rəsmilərin kəskin etirazı ilə qarşılanıb. Həmin sanksiyalara bir sıra yüksək rütbəli Azərbaycan məmurlarına viza verilməsinin qadağan edilməsi də daxildir. Ona cavab olaraq rəsmi Bakı da Vaşinqtona münasibətdə anoloji sanksiyalar tətbiq etməyi düşünür. Belə bir ərəfədə, Ağ Evin hazırkı sahibi azərbaycanlı həmkarını Vaşinqtonda keçiriləcək nüvə sammitinə dəvət edir.
Belə bir dəvəti dəyərləndirən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında onun iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edəcəyini diqqətə çatdırdı: “ABŞ prezidenti Barak Obamanın azərbaycanlı həmkarı İlham Əliyevi Vaşinqtona nüvə sammitinə dəvət etməsi iki ölkə arasındakı münasibətlərin normallaşması baxımından əhəmiyyətlidir. Obama ötən dəfəki sammitə İlham Əliyevi dəvət etməmişdi, əvəzində Ermənistan prezidenti Sərkisyan Vaşinqtona getmişdi. Bu da Azərbaycan hakimiyyətinin narazılığına səbəb olmuşdu. Bu dəfə Vaşinqton fərqli qərar verib. Rəsmi Bakı bu tədbirə qədər siyasi və ya mübahisəli adlandırılan məhbusların əfv edilməsinə qərar verərsə, bu, həm İlham Əliyevin Vaşintona səfərinin əhəmiyyətini artıracaq, həm iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq. Həm də Konqresdə Kristofer Smitin qanun layihəsinin, o cümlədən “Maqnitski qanunu”nun Azərbaycana tətbiqinin qarşısını almaq mümkün olacaq”.
Xatırladaq ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart-1 aprel tarixində Vaşinqtonda keçiriləcək.

ELÇİN

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv