2018-ci il Azərbaycan üçün uğurlu il olub.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”.