İlham Əliyev 5 ölkənin səfiri ilə görüşdü – FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də ölkəmizdə yeni təyin olunmuş 5 ölkənin fövqəladə və səlahiyyətli səfirləri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, İlham Əliyev Kolumbiya səfiri Luis Antonio Dimate Kardenas, İsveçrə səfiri Muriel Peneveyre, Malayziya səfiri Yubazlan Bin Yusofun, Almaniya səfiri Volfqanq Maniq və Çin Xalq Respublikasının səfiri xanım Qo Minin etimadnaməsini qəbul edib.

Görüşlər zamanı tərəflər arasında maraqlı fikir mübadiləsi aparılıb.