Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İlham Əliyev 5 sərəncam imzaladı

Reklam: High Technic

12:27

Prezident İlham Əliyev Azər Mustafazadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncam deyilir:

“Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Tahirə Cəfərovaya “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və musiqi təhsilinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin müəllimi Tahirə Ənvər qızı Cəfərovaya “Əməkdar müəllim” fəxri adı verilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

general-leytenant ali hərbi rütbəsi

general-mayor İsmayıl Məmmədəli oğlu Bağırova

general-mayor ali hərbi rütbəsi

polkovnik Araz Süleyman oğlu Əhmədova

polkovnik Zaur Aydın oğlu Əliyevə

polkovnik Sultan Cavanşir oğlu Fərzəliyevə”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-leytenant ali hərbi rütbəsi verilsin”.

***

Azərbaycan Respublikası Prezidenti Azərbaycan İlham Əliyev Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan dövlət təhlükəsizliyi və xarıcı kəşfiyyat orqanlarının yaranmasının 100 illik yubileyi münasibətilə və milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Xələfov Rauf Rafiq oğlu – general-mayor

Qulubəyov Mamay Maqsud oğlu – polkovnik

Mansurov Həsən İsa oğlu – ədliyyə general-mayoru

Musayev İlqar Əli oğlu – general-mayor

Muxtarov Rövşən Nadir oğlu – polkovnik

Nağıyev Sahib Novruz oğlu – general-mayor

“Vətən uğrunda” medalı ilə

Aşurov Mönsüm Yaqub oğlu – polkovnik

Bayramov Abbas Musa oğlu – polkovnik

Eynullayev Tağı Bahadur oğlu – polkovnik

Hüseynov Şahin Cəlal oğlu – polkovnik

Kazımov Füzuli Şahsuvar oğlu – mayor

Məmmədov İlqar İsmayıl oğlu – polkovnik

Rzayev Araz Sabir oğlu – polkovnik

Sultanov Samir Sultan oğlu – polkovnik

“İgidliyə görə” medalı ilə

Abbasov Asif Nuru oğlu – polkovnik

Cəfərzadə Samir Həşim oğlu – mayor

Əlifov Anar İsmayıl oğlu – kapitan

Əliyev İlham Nəriman oğlu – polkovnik

Kazımov Şahin Yunsur oğlu – polkovnik-leytenant

Qarayev Nicad Kamandar oğlu – polkovnik-leytenant

Məmmədov Rövşən Cahangir oğlu – polkovnik

Teymurov Elşad Elşən oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdullayev Polad Fərrux oğlu – polkovnik

Babayev Arif Vaqif oğlu – polkovnik

Bayramov Gəray Sabir oğlu – mayor

Hacıyev Əsəd Qurban oğlu – ədliyyə mayoru

Həsənov Samir Tələt oğlu – polkovnik

Hüseynli Fərid Zamin oğlu – kapitan

Qaytaranov Vüqar Məcid oğlu – polkovnik-leytenant

Məmmədli Elnur Çingiz oğlu – polkovnik-leytenant

Məmmədov Fuad Famil oğlu – mayor

Məmmədov Tural Bərşad oğlu – kapitan

Səfərov Ramazan Zakir oğlu – mayor

Vəliyev Heydər Vəli oğlu – mayor.

www.yenicag.az

5093