Azərbaycan prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az-ın məlumatına görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Yenicag.az