!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi - YENİLƏNDİ

!Reklam – Yazi

14:58

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin yeni təyin olunmuş müşaviri Corc Kentin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.

Dövlət başçısı ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərdiyi məktublarda Azərbaycan-ABŞ münasibətləri ilə əlaqədar ifadə etdiyi fikirlərə və xoş sözlərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığa toxunulub, Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsi və ikitərəfli əsasda Əfqanıstan hökumətinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olunub, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək xüsusi qeyd olunub.

Söhbət zamanı, həmçinin qeyri-neft sektoru, o cümlədən ticarət, informasiya texnologiyaları, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv