!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev ağac əkir, Nərimanovda ağaclar kəsilir: SOS! - FOTO

!Reklam – Yazi

Sosial şəbəkələrdə Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat və videogörüntü yayılıb.

Yenicag.az AFN-ə istinadən xəbər verir ki, materialda Nərimanov rayonu, A.Nemətulla 32 ünvanında ağacların budanmaq adı altında məhv edildiyi bildirilir: “Guya budayırlar, bir dənə yarpaq qoymayıblar ağaclarda. Qoy, media səsimizi cənab prezidentə və xanımına çatdırsın. Bu qədər də olmaz! Görün ağacların, yaşıllığın başına nə oyun açırlar. Cənab prezident ağac əkir, Nərimanov rayonunda ağacları kəsirlər. Ərazidə bəlkə 90-100 ağac var, məhv edib yerində bina tikəcəklər. Aidiyyatı qurumlar niyə göz yumurlar? Axı cənab prezidentin qəti göstərişi var, ağaclar kəsilməməlidir”.

www.yenicag.az

2294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv