İlham Əliyev Almaniyaya gedəcək

aliyev almaniyaya gedecelAzərbaycan prezidenti İlham Əliyev cari ilin iyun ayında Almaniyaya səfər edəcək.

Bu barədə Almaniya kansleri Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri planlaşdırılıb. Səfər vaxtı artıq razılaşdırılıb. Biz onun nöqteyi-nəzərindən problemləri müzakirə edə bilərik”.