İlham Əliyev Avrasiya Yəhudi Konqresinin prezidentini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.