!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Avstraliya və Hindistan rəhbərlərinə məktub ünvanladı

!Reklam – Yazi

Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab General-Qubernator, Avstraliya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın dərinləşməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Avstraliya xalqına sülh və firavanlıq diləyirəm”.

Prezident İlham Əliyev Hindistan Prezidenti Ram Nat Kovində təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Hindistan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Hindistan əlaqələri tarixən təşəkkül tapmış xoş ənənələrə malikdir. İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bu ənənələri daha da zənginləşdirəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

www.yenicag.az

2162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv