İlham Əliyev Avstriyanın sabiq prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev bu gün Avstriyanın keçmiş prezidenti Haynts Fişeri qəbul edib.

Ölkə başçısı Avstriyaya, Haynts Fişer isə Azərbaycana qarşılıqlı səfərlərini məmnunluqla xatırlayıblar. Prezident İlham Əliyev və Haynts Fişer ən yüksək səviyyədə əldə olunmuş sazişlərin uğurla həyata keçirildiyini qeyd edib.

Söhbət zamanı bugünkü görüşün ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə təsadüf etməsinin rəmzi məna daşıdığı vurğulanıb, bu illər ərzində Azərbaycan ilə Avstriya arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Görüşdə həmçinin Avstriyanın ATƏT-də sədrliyinin prioritetləri ətrafında məsələlər müzakirə edilib.

Yeniçağ.az