Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İlham Əliyev: “Azərbaycan müstəqil xarici siyasət yeridir”

Reklam: High Technic

“Azərbaycan müstəqil xarici siyasət yeridir, bu siyasət milli maraqlara, ədalətə əsaslanır və bizə çoxlu dost qazandırıb”.

Yenicag.az-ın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir: “Təhlükəsizlik Şurasına üzvlüyü müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr verib və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə var. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir”./APA/

www.yenicag.az

1787
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM