Reklam: High Technic
hightechnic

İlham Əliyev: “Azərbaycan Türkiyə xalqının yanındadır”

e3733a71699c5b477df405e45c467579Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlət başçısı Ankarada baş vermiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın tələf olması və yaralanması xəbərindən dərin sarsıntı hissi keçirdiyini bildirib, ölənlərin ailə üzvlərinə və yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı çatdırıb.

Prezident İlham Əliyev bu ağır dəqiqələrdə Azərbaycan xalqının Türkiyə xalqının yanında olduğunu bir daha vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

www.yenicag.az

57