!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: “Azərbaycan və İran bölgədə sabitləşdirici rol oynayır”

!Reklam – Yazi

images“Bu ilin sonunadək öz dəmir yolumuzu İran xəttinə birləşdirəcəyik”

“İran-Azərbaycan əlaqələrinin tarixi kökləri var, bizim xalqlarımız əsrlərdir birlikdə yaşayır”.

Bu sözləri İran və Azərbaycan prezidentlərinin Tehranda keçirilən birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, hər iki ölkə bir-birini beynəlxalq təşkilatlarda dəstəkləyir: “Əlaqələrimizin çox gözəl gələcəyi var. Biz beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq üçün birgə fəaliyyəti genişləndirmək barədə razılaşma əldə etmişik. Ötən gün ABŞ və Rusiyanın Suriyada atəşkəs barədə razılıq əldə etməsi barədə məlumat yayıldı. Biz belə bir hadisənin baş verməsindən çox şadıq. İnanırıq ki, bu hadisə Suriyada atəşkəsə, daha sonra isə sülhə gətirəcək. Suriya xalqı gələcək taleyini özü müəyyənləşdirməlidir”.

Prezident İlham Əliyev qeyd edib ki, ölkələr biri-birilərinin daxili işlərinə müdaxilə etməməli və hörmətlə yanaşmalıdır: “Əgər ölkələr bu istiqamətdə irəliləsələr və daxili işlərə müdaxilə olmasa, regionda müharibə bitər və sülh gələr”.

İki ölkə arasında bir sıra sənədlərin imzalandığını söyləyən dövlət başçısının fikrincə, bu, onu göstərir ki, ölkələr arasında əlaqələr bundan sonra da inkişaf edəcək: “Cənub-Şərq dəhlizinin açılması ilə bağlı atılan bugünkü addım çox effektlidir. Bu ilin sonunadək Azərbaycan üzərinə düşən vəzifələri icra edəcək, öz dəmir yolumuzu İran xəttinə birləşdirəcəyik”.

Prezident İlham Əliyev Xəzər dənizinin resurslarının ümumi istifadəsi ilə bağlı da faydalı danışıqların aparıldığını vurğulayıb: “Xəzər dənizi bizim ümumi sərvətimizdir və o, bizim üçün təhlükəsizlik, sülh və sabitlik mənbəyidir. Azərbaycan enerji sahəsində yaxşı işlər görüb. Bizi parlaq gələcək gözləyir. Bu sahədəki əməkdaşlıq yalnız İran və Azərbaycanın əməkdaşlığı ilə məhdudlaşmır, qonşu ölkələr də bu layihəyə qoşula bilərlər, belə olduğu halda, bu, regional və transmilli layihəyə çeviriləcək”.

Prezident deyib ki, qarşılıqlı sərmayə qoyuluşu üçün çox gözəl imkanlar var: “Hər iki ölkədə hazırda ciddi iqtisadi islahatlar aparılır, biznes mühiti yaxşılaşır, belə olduğu halda qarşılıqlı sərmayə, maliyyə, bank, sığorta, turizm və əczaçılıq sektorlarında da əməkdaşlıq üçün gözəl imkanlar var. Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Nə qədər bizim birliyimiz güclü olsa, təhlükəsizlik bir o qədər yüksək səviyyədə qorunacaq”.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv