!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: “Azərbaycanın Rusiyadan digər gözləntisi odur ki, Ermənistanı silahlandırmasın”

!Reklam – Yazi

“Azərbaycanın Rusiyadan gözləntisi odur ki, üçtərəfli bəyanatın müddəları yerinə yetirilsin. Üçtərəfli bəyanata Azərbaycan, Rusiya və Ermənistan imza atıb. Həmin bəyanat icra edilir, lakin bəzi məsələlər hələ də açıq qalır”.

Yenicag.az-ın məlumatına əsasən, bunu Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın Rusiyadan digər gözləntisi odur ki, Ermənistanı silahlandırmasın.

“Biz hələ ki bunu görmürük, müşahidə etmirik. Lakin son günlər bəzi açıqlamalar var. Bu yaxınlarda Rusiya müdafiə naziri Ermənistanın müdafiə naziri ilə görüşündə dedi ki, Rusiyadan Ermənistana silah göndərilməsi mərhələsi başlayıb”, – deyə İlham Əliyev əlavə edib.

Prezident qeyd edib ki, Xankəndidə Rusiya sülhməramlılarının nəzarətində olan ərazi təhlükəsiz zonadır.

“Biz istəyirik ki, Rusiya bizim narahatlığımızı nəzərə alsın. Ermənistana nə qədər silah verilsə də, güc nisbəti dəyişmir. Rusiya 30 il müddətində Ermənistana silah verib. Amma o silahların bir qismi indi Azərbaycanda, Hərbi Qənimətlər Parkındadır. Bölgənin yenidən silahlandırılması prosesində biz təşəbbüskar deyilik”.

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv