İlham Əliyev AZƏRTAC-ın yeni binası ilə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yeni binası ilə tanış olub.

Yenicag.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Aslan Aslanov dövlətimizin başçısına binada yaradılan şəraitlə bağlı məlumat verdi.