Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Prezidenti Əbdül Həmidə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
Yeniçağ.Az