Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev Banqladeşin Baş nazirini qəbul etdi - FOTO

Reklam: High Technic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Yenicag.az-a məlumat verilib.

Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, həmçinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsinin ölkəmizə olan yüksək etimadın və hörmətin təzahürü olduğunu vurğulanıb.

Görüşdə Qoşulmama Hərəkatının gündəliyində duran məsələlər, həmçinin kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

www.yenicag.az

434
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100