İlham Əliyev başsağlığı verdi

d67a9d62590cf97c214004af2c069d10Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının prezidenti xanım Pak Kın Heyə başsağlığı verib.
Dövlət başçısının məktubunda deyilir:

“Hörmətli xanım prezident, Koreya Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.