Prezident İlham Əliyev hindistanlı həmkarı Pranab Mukherciyə başsağlığı məktubu göndərib.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, məktubda Hindistanın keçmiş Prezidenti, dövlət və elm xadimi Abdul Kalamın vəfatı ilə bağlı dövlət başçısına başsağlığı verib:
“Bu ağır itki ilə əlaqədar Sizə, bütün xalqınıza və mərhumun yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.