!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Belarus Stanislav Zası qəbul edib

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zası qəbul edib.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Moskvada görüşdüyünü məmnunluqla xatırladı və söhbət zamanı qarşılıqlı maraq doğuran məsəllər ətrafında fikir mübadiləsi aparıldığını dedi. Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu və tərəfdaşlıq əlaqələrinə söykəndiyini vurğulayaraq, əməkdaşlığımızın siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi.

Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısını təbrik etdi və bunu xalqın dövlət başçısına verdiyi dəstəyin nümayişi kimi dəyərləndirdi. O, iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevə əlaqələrimizin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirdi.

www.yenicag.az

1329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv