İlham Əliyev Belçikaya rəsmi səfərə yollandı

Prezident İlham Əliyevin Belçikaya səfəri başlayıb.

Yenicag.az prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan prezidenti NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər edib.