Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev bir sıra ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul etdi

Reklam: High Technic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bir sıra ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul edib.


Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Hristov Yankovun etimadnaməsini qəbul edib.

Səfir Nikolay Yankov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Nikolay Yankov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb, Bolqarıstan Prezidentinin və Baş nazirlərinin Bakıya, özünün Bolqarıstana səfərlərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Nikolay Yankovun səfirlik fəaliyyətinin əməkdaşlığımızın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Nikolay Yankov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını Prezident İlham Əliyevə çatdırıb və dövlətimizin başçısını yenidən prezident seçilməsi, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrik edib. Səfir ölkələrimizin rəhbərliyi arasında dostluq əlaqələrinin mövcud olduğunu bildirərək, bunun ikitərəfli münasibətlərin inkişafında rolunu xüsusi qeyd edib.

Cənub Qaz Dəhlizi layihəsinə toxunan Nikolay Yankov bu layihənin icrasının Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, Bolqarıstanın qaz təchizatının şaxələndirilməsi baxımından böyük önəm daşıdığını vurğulayaq, ölkəsinin gələcəkdə bu layihədə tranzit rolu oynaya biləcəyini deyib. O, Bolqarıstanın bu mühüm layihənin reallaşmasına siyasi sadiqliyini bir daha ifadə edib.

Prezident İlham Əliyev bu yaxınlarda Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışının önəmini qeyd edərək, yaxın günlərdə TANAP-ın da işə salınacağını vurğulayıb, Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirildiyini bildirib. Dövlətimizin başçısı Bolqarıstanın bu layihənin mühüm tərkib hissəsi olduğunu və gələcəkdə digər ölkələrə Azərbaycan qazının çatdırılması üçün tranzit rolu oynaya biləcəyini deyib.

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən iqtisadiyyat, turizm, investisiya qoyuluşu, kənd təsərrüfatı sahələrinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

Səfir Mariya Milaqros Kastanyon Seoane fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mariya Milaqros Kastanyon Seoane etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Mariya Milaqros Kastanyon Seoane Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarını dövlətimizin başçısına çatdırıb. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Mariya Milaqros Kastanyon Seoane Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu deyib.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirib, bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.

Dövlətimizin başçısı Peru Respublikasının Prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş edib.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikovun etimadnaməsini qəbul edib.

Səfir Mixail Boçarnikov fəxri qarovul dəstəsinin qarşısından keçib.

Mixail Boçarnikov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud olan bu münasibətlərin strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirdiyini vurğulayıb. Münasibətlərimizin zəngin tarixə malik olduğunu deyən Prezident İlham Əliyev bu əlaqələrin gələcəkdə də uğurla və dinamik şəkildə inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Mixail Boçarnikov Rusiya Prezidenti Vladimir Putinin ona səfirlik fəaliyyəti dövründə Azərbaycan ilə əlaqələri daha da möhkəmləndirmək istiqamətində səylər göstərmək barədə tapşırıqlar verdiyini bildirib. O qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov Bakıda olduğu bir neçə gün ərzində paytaxtda aparılan abadlıq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Loading...

www.yenicag.az

2442
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100