İlham Əliyev Borina Andriye ilə görüşdü

İyulun 19-da Azərbaycan prezidenti İlham Əliyev Parisdə “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru xanim Borina Andriye ilə görüşüb.

Yenicag.az xəbər verir ki, “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru Borina Andriye Bakının gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğuladı, şəhərin infrastrukturunun təkmilləşdirilməsini, yeni binaların, parkların tikilməsini yüksək qiymətləndirib.

Söhbət zamanı Bakının inkişaf konsepsiyasının həyata keçirilməsində bu şirkətin iştirakının mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.

COP29