!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Britaniya xarici işlər nazirinin müavinini qəbul edib

!Reklam – Yazi

Böyük Britaniya xarici işlər nazirinin müavini Saymon Makdonald Azərbaycanda səfərdədir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Bakıda səfərdə olan S. Makdonald rəsmi görüşlər keçirəcək.

Qonaq artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. S. Makdonaldın Xarici İşlər Nazirliyində görüşləri və ADA Universitetində tələbələr qarşısında çıxışı da gözlənilir.

Səfər bu gün başa çatacaq.

***

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldı qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Yeniçağ.az

www.yenicag.az

569
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv