!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: “Bu böhranın sonu görünmür”

!Reklam – Yazi

prezidentkonfrans411“2016-cı il Azərbaycanda sosial-iqtisadi inkişaf baxımından uğurlu il olacaq. Dünya iqtisadiyyatı böhran içindədir, böhran davam edir. Bu ilin əvvəlində iştirak etdiyim beynəlxalq iqtisadi və təhlükəsizlik forumlarında mənim əldə etdiyim nəticə ondan ibarətdir ki, bu böhranın hələ sonu görünmür. Bölgəmizdə iqtisadi böhran, bəzi hallarda hərbi və siyasi böhran yaşanır. Azərbaycan isə sabitlik məkanıdır, inkişaf ölkəsidir”.

AzNews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Tovuz rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

2016-cı ilin ölkəmiz üçün uğurlu olacağına əminliyini bildirən Prezident deyib: “Büdcəyə dəyişiklik olunacaq və biz neftin qiymətinin minimum səviyyəsi – 25 dollar səviyyəsi ilə lazım olan bütün sosial və investisiya layihələrini icra edəcəyik”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün maliyyə, iqtisadi mexanizmlər dünyanın aparıcı ölkələrinin təcrübəsinə əsaslanmalıdır. Maliyyə və iqtisadi sektorun inkişafı neftin qiymətindən asılılığımızı aradan qaldırmağa imkan yaradacaq.

“Qarşıya vəzifə qoyulub ki, biz bir neçə ildən sonra neft amilindən asılılığı tamamilə aradan qaldırmalıyıq. Əminəm ki, buna nail olacağıq”, – deyə dövlət başçısı bildirib.

www.yenicag.az

455
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv