İlham Əliyev bu gün Ollandla görüşəcək

Parisdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün fransalı həmkarı Fransua Ollandla görüşəcək.

Ollandla İlham Əliyevin görüşü Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Saat 23:15-də isə Fransa prezidenti tərəfindən İlham Əliyevin şərəfinə rəsmi şam yeməyi təşkil olunacaq.

Qeyd edək ki, Fransaya səfəri çərçivəsində prezident İlham Əliyev bir sıra mühüm görüşlər keçirib.

Yeniçağ.az