İlham Əliyev bu quruma 25 milyon manat ayırdı

Azərbaycan prezidenti İlham Əliyev “M-1 Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncama əsasən layihənin davam etdirilməsi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 25 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

 

COP29