Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az-ın məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Araslı Nüşabə Həmid qızı
Məmməd Tahirə Qəşəm qızı.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aşağıdakı əməkdaşları Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib:
Alışanov Şirindil Həsən oğlu
Quliyeva Mahirə Həmid qızı
Yusifov Vaqif Əziz oğlu.