İlham Əliyev bu şəxsləri təltif etdi

Prezident İlham Əliyev Tamara Sinyavskayanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Rusiya-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Şərəf” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Rüstəm Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Tərlan Qorçuya da “Əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Tərlan Böyükbala oğlu Qorçuya “Əməkdar incəsənət xadimi” fəxri adı verilsin.