!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev: “Bu, tarixi səfərdir, yeni imkanlar yaranacaq”

!Reklam – Yazi

“Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik”.

Yenicag.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda səfərdə olan Zimbabve Prezidenti Emmerson Mnanqaqva ilə görüşü zamanı deyib.

“Bilirəm ki, gəlişiniz çərçivəsində siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz” – Prezident bildirib.

www.yenicag.az

2593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv