!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev bu yolun tikintisinə 12,7 milyon ayırdı

!Reklam – Yazi

Prezidenti İlham Əliyev Qəbələ rayonunun Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“1. On min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Böyük Əmili–Bılıx–Əmirvan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 12,7 milyon (on iki milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

www.yenicag.az

1508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv