!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev ciddi xəbərdarlıq etdi: “İşbazlar, dəllallar cəzalandırılacaq…”

!Reklam – Yazi

14531226484295552922_1000x669“Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə deyib.

İlham Əliyev bildirib ki, dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar:

“Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu da sosial təşəbbüsdür. İlk növbədə, biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun”.

Dövlət başçısı vurğulayıb ki, indiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar:

“Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar. Biz son illər ərzində Azərbaycanda əldə edilmiş uğurları qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin. Bu il bütün sosial proqramlar icra ediləcək. Bu məsələ ilə bağlı heç kimin şübhəsi olmasın”.

Prezident İlham Əliyev qeyd edib ki, bütün bürokratik əngəllər aradan qaldırılmalıdır: “Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır”.

Dövlətimizin başçısı qeyd edib ki, son illər bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur. Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik.

“Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq”, – deyə Prezident vurğulayıb.

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv