Azərbaycan prezidenti İlham Əliyev bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Səfər çərçivəsində dövlət başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oktay Həziyevlə görüşüb.
“Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfərə gəlmişdi. Evimizdə qonaq oldu. Məni təltif etdiyinə görə, cənab Prezidentə dərindən təşəkkür edirəm. Hiss etmişdim ki, o belə bir addım atacaq. Ona ailəmiz adından öz təşəkkürümü bildirirəm. Çox sağ olsun. ” – O. Həziyev bildirib.
O. Həziyev mükafatın prezident tərəfindən şəxsən ona təqdim edildiyini əlavə edib.
Kənd sakini bildirib ki, dövlət başçısı Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, müvafiq tövsiyyələrini verib.
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Oqtay Əbil oğlu Həziyevin I dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O. Həziyev doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə təltif edilib.