İlham Əliyev Daşkənddə mühüm sammitdə iştirak edir

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 16-cı sammitində iştirak edir.

Yenicag.az xəbər verir ki, tədbirə həmçinin İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçıları da qatılıblar.