İlham Əliyev Elbay Qasımzadə ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Elbay Ənvər oğlu Qasımzadənin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, E.Qasımzadə Azərbaycan memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.