İlham Əliyev Elçin Əfəndiyevi təltif etdi

Prezident İlham Əliyev Elçin İlyas oğlu Əfəndiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, E.Əfəndiyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.