İlham Əliyev Ərdoğana zəng etdi

Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında telefon söhbəti olub.

Yenicag.az “Anadolu” nəşrinə istinadən xəbər verir ki, liderlər söhbət zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, regional məsələləri də müzakirə ediblər.

Görüşdə Prezident Ərdoğanın oktyabrın sonunda Azərbaycana edəcəyi səfər barədə də müzakirələr aparılıb.