!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev-Ərsin Tatar görüşü: "Şimali Kiprin müstəqilliyinin tanınması siyasi gündəmə gələ bilər"

!Reklam – Yazi

“Müəyyən zaman kəsiyində Kiprin müstəqilliyinin tanınması siyasi gündəmə gələr”.

Bunu prezident İlham Əliyevlə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) rəhbəri Ərsin Tatar arasında görüş keçirilməsi fonunda Azərbaycanın türk Kiprinin müstəqilliyini tanıma ehtimalını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Zəlimxan Məmmədli bildirib ki, Kiprin müstəqilliyinin tanınması siyasi gündəmə gələ bilər:

“Burada Ərdoğan faktoru var. Yeni dünya düzənində türk coğrafiyasının sərhədlərini cızan, o istiqamətdə fədakarlıq edən liderlərdən biridir. Biz elə poliqonda yerləşirik ki, ətraf düşmənlərlə doludur. Bizim qanımıza susamış İranı, Rusiyası, Ermənistanı və PKK-sı var. Belə bir halda bizim daxildə PKK-nı terror təşkilatı kimi taımaq problemimiz var. Onlar olan bir yerdə bunu Türkiyə bilməmiş deyil. Bu gün Azərbaycan türk dünyasının göbəyidir, həm quru, həm Xəzər vasitəsilə türk ölkələrini birləşdirir. Mahiyyət bunun üzərindədir.

Bu görüş həm də ona bir işartıdır ki, biz bunu da edə bilərik. Bu görüşün diplomatik tərcüməsi odur. Qonşularımız Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini istəmir. Təzyiqlər var. İlham Əliyevə də bu cəsarəti verən Türkiyə, Ərdoğan və onun yaxın çevrəsində olan komandasıdır. Onlar türk birliyi istiqamətində fədakarlıq ediblər. Dünya fərqli baxış sərgiləyə bilər. Eyni zamanda, iddiaların gerçəkləşməsi üçün ciddi layihələr ortaya qoyurlar. Mənə elə gəlir ki, zaman kəsiyində Kiprin müstəqilliyinin tanınması siyasi gündəmə gələr.

Qarabağ məsələsi Azərbaycan ərazisinə təcavüz faktorudur. Kiprə yanaşma isə tamamilə fərqlidir. Bu baxımdan, Türkiyənin apradığı xarici siyasət, güc mərkəzləri ilə görüşlərdə bu məsələnin mahiyyətinin, tərəfdaşlar tapması deməyə əsas verir ki, biz artıq paralelik, Qarabağ tamam fərqli subyekdir, Şimali Kipr isə tamam fərqli.

Hesab edirəm ki, proses, zaman bu gün ortaya qoyulan mövqenin xeyrinə işləyir. Türk birliyi istiqamətində ciddi layihələrin içərisindəyik”.

Səxavət Məmməd

www.yenicag.az

371
Ads
www.veteninfo.com
!Reklam – Arxiv