Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev fərman imzaladı

Reklam: Sinerji Pro

Prezident İlham Əliyev 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Yenicag.az-ın məlumatına görə, fərmanda qeyd edilir:

“1. 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında 2020-ci il yanvarın 28-də Paris şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin”.

www.yenicag.az

1546