!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev fransalı həmkarına başsağlığı verdi

!Reklam – Yazi

14538029563874028566_1000x669İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Nitsa şəhərində törədilmiş dəhşətli terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

www.yenicag.az

876
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv