!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Göyçaya yollanıb

!Reklam – Yazi

d094da495dc9346be29791933438034fAzərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.

Dövlət başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib.

Sonra dövlət başçısı Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Prezident Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirib, tapşırıq və tövsiyələrini verib.

Daha sonra Azərbaycan prezidenti Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış olub.

****

Azərbaycan prezidenti İlham Əliyevin Ucar rayonuna səfəri başa çatıb.

Dövlət başçısı Ucardan sonra Göyçay rayonuna səfər edib(APA).

www.yenicag.az

445
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv