!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Gürcüstanın baş nazirini qəbul etdi

!Reklam – Yazi

113001_res_01Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı, ölkələrimizin enerji, nəqliyyat, infrastruktur sahələrində həyata keçirdiyi birgə layihələrin əhəmiyyətinə toxunuldu.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi baxımından önəmi qeyd edildi.

* * *

Gürcüstanın baş naziri İrakli Qaribaşvili oktyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş naziri İrakli Qaribaşvilini Azərbaycanın energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşılayıblar.(AZƏRTAC)

Virtualaz.org xatırladır ki, oktyabrın 8-də Gürcüstan baş nazirinin müavini-energetika naziri Kaxa kaladze ölkəsinin daha çox Rusiya qazı almaq niyyətində olduğunu bildirmişdi.

Böyük ehtimalla baş nazirin Bakıya səfəri həm də Azərbaycan qazının Gürcüstana nəql olunması üçün aparılan danışıqlarla bağlıdır.

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv