İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Zati-aliləri Salome Zurabişviliyə başsağlığı məktubu göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.