Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İlham Əliyev hakimi cəzalandırdı – Sərəncam

ab807bd6-3004-43a0-bde3-66e060f459b5Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Qurban Rəşid oğlu Abbasov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qazax Rayon Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Q.Abbasov 1952-ci ildə anadan olub.

Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

26 Bakı komissarı (indi Səbail) Rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsi, məhkəmə icraçısı, baş məhkəmə icraçısı, 8 saylı Hüquq Məsləhətxanasında vəkil, Bakı şəhər 8 saylı Hüquq Məsləhətxanasının müdiri, Respublika Apellyasiya Məhkəməsinin hakimi çalışıb

O, 2007-ci ildən indiyədək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (əvvəlki adı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi olub) hakimi idi(report).

www.yenicag.az

104