İlham Əliyev həmkarını təbrik etdi

024Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Buyar Nişaniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Albaniya əməkdaşlığı, xüsusən də enerji sahəsində atdığımız addımlar ikitərəfli münasibətlərimizin inkişafına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim sülh və firavanlıq arzulayıram”.