Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilən hərbi şəhərciyinin açılışında iştirak edib.

Yenicag.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı İlham Əliyev əvvəlcə Azərbaycan Ordusunun inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoydu.

Ali Baş Komandan İlham Əliyev hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış oldu.

Sonra dövlətimizin başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşdü.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."