Prezidentdən seçki öncəsi mühüm icra başçısı dəyişiklikləri

80905Azərbaycan prezidenti İlham Əliyev bir sıra icra başçılarını vəzifələrindən azad edib.

Yenicag.az xəbər verir ki, prezident İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.Prezident İlham Əliyev, həmçinin Eldar Əziz oğlu Əzizovun Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bundan başqa, dövlət başçısı İradə Akif qızı Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.